Magazin

Əmrah və Asyanın toyu canlı yayımda olacaq

Aktyorlar Əmrah Dadaşov və Asya Atakişiyeva “5/5” verilişində qonaq olublar.

Azmagazin Axşam.az -a istinadən xəbər verir ki, iyunun 1-də koronavirusa görə toyu təxirə salınan cütlüyə aparıcı Zaur Kamal canlı yayımda toy etməyi təklif edib:

“Bütün xərcləri, geyimləri, makiyajı “Xəzər TV” öz öhdəsinə götürür. Müğənniləri də çağıracağıq, balaca toy edəcəyik. Siz də istədiyiniz şəxsləri dəvət edərsiniz”.

Zaurun təklifinə Əmrah razılıq verib və daha sonra böyük toy edəcəklərini deyib:

“Böyüklərimizlə məsləhətləşərik. Tamaşaçılarımız da bizi bu şeyə görə qınamazsa, edərik. Məsləhət bilirsinizsə, qınaq obyektinə çevrilməriksə, mümkün olar”.

Qeyd edək ki, cütlük bir müddət əvvəl toylarının payız aylarına təsadüf edəcəyini bildirmişdi.