Dünyada Magazin

Ən çox onlayn izləyicisi olan qrupun adı açıqlandı

Cənubi Koreyanın BTS pop-qrupu onlayn konsertini izləyənlərin sayına görə dünya rekordunu qazanıb.

Onların onlayn konserti 100 ölkədən 756 min izləyici tərəfindən izlənilib.

Azmagazin Oxu.az-a istinadən xəbər verir ki,Konsert reallıqda baş versəydi, bu qədər sayda azarkeş qəbul etmək üçün 15 stadion tələb olunardı. Konsert internet tarixində bir musiqi qrupunun ən böyük gəlirli çıxışı olub.

BTS bir neçə Ginnes Dünya Rekordlarına sahibdir. Xüsusilə qrupun videokliplərindən biri 24 saat ərzində “YouTube”da ən çox – 45 milyon izlənmə sayı qazanıb.