Dünyada Magazin Galeri

Ən çox qazanan məşhurlar

ABŞ-ın “Forbes” jurnalı ilin ən çox qazanan məşhur ulduzlarının reytinqini dərc edib.

Azmagazin “İnterfaks”a istinadla xəbər verir ki, siyahıya amerikalı boksçu Floyd Meyvezer başçılıq edir. O, il ərzində 285 milyon dollar qazanıb. Bu məbləğin 275 milyonunu Meyvezer Konor Makqreqorla döyüşə görə əldə edib.

Sonrakı sıralama isə belədir:

Aktyor Corc Kluni – 239 milyon dollar

Model Kayli Cenner – 166,5 milyon dollar

Amerikalı vəkil, hakim və teleaparıcı Cudit Şeyndlin – 147 milyon dollar

Aktyor Dueyn Skala Conson – 124 milyon dollar

İrlandiyanın “U2” qrupu – 118 milyon dollar

Ötən ilin lideri – rep ustası Şon Kombs – ilk “onluğ”a düşə bilməyib. Bu il onun gəliri cəmi 64 milyon dollar təşkil edib.