Maraqlı

Ən təmiz havası olan ölkələr

Dünyanın ən gözəl ölkələrinin adları təxminən məlumdur. Görəsən ən təmiz havası olan ölkələr hansıdır?

Azmagazin Bizimyol.info -a istinadən xəbər verir ki, dünyanın ən təmiz ölkələrinin də adları açıqlanıb. Bizi təəccübləndirən adlar yoxdur. Bəlkə bir az Estoniyanın ilk beşlikdə yer alması qəribə görünə bilər.

Birinci yerdə İslandiya gedir. Sonrakı pillələri Finlandiya, Estoniya, İsveç və Avstraliya tutur.


Mütəxəssislər siyahını tərtib edərkən ölkələrin ayrı-ayrı şəhərlərində toz mikrohissəciklərinin miqdarını nəzərə alıblar. Məhz bu amil insanların sağlamlığına birbaşa təsir göstərir. Təəccüblü deyil ki, havası təmiz olan ölkələrdə ağciyər xəstəliyinə daha az rast gəlinir.


Sonuncu yerləri ərazicə bir-birinə çox yaxın yerləşən ölkələr tutub. Banqaladeş, Pakistan və Hindistanda hava çox çirklidir.