Magazin

Əsgər geyimində fotosu tənqid edildi: “Biz də səhnədə əsgərik”

Xalq artisti Gülyaz Məmmdova sosial şəbəkədə ünvanına yazılan tənqidlərə münasibət bildirib.

Azmagazin Axşam.az -a istinadən xəbər verir ki, “5/5” verilişinə qonaq olan müğənni əsgər geyimində çəkdirdiyi fotosunun tənqid edildiyini bildirib.

O, aparıcı Zaur Kamalın “Başladılar hərbi libas geyinib, başına papaq qoyub şəkillər yaymağa” sözlərinə belə cavab verib:

“Mən də etdim, şəkil çəkdirdim. Dövlət televiziyasında bir layihə idi, ora qatıldıq, “Zəfər marşı” oxuduq. Qürurla geyindim və dayandım. Biz də səhnədə əsgərik. Arxa cəbhədəyik. Səsimizlə, mahnılarımızla dəstəyik. Allah bizə o günü nəsib etsin ki, torpaqlarımız bizə qayıtsın, şəhid verməyək.

Qürur hissi duyuruq ki, azərbaycanlıyıq, orudumuz var. Yaxşı mənada şəkil çəkdirdik. Yazdılar ki, qadınsınız, bu nədi geyinirsiz, özünüzü reklam edirsiz. Hərə bir söz yazır. Bizim məqsədimiz pis deyildi. Onsuz biz başqa geyimdə olanda da nəsə yazırlar. Harada olsaq gözəl sözləri yox, qıcıqlandırıcı bir mövzunu tapır, reklam qazanırlar. Axı bu gözəl bir şey deyil. Onsuz hamımızın ürəyi Qarabağla döyünür. Niyə ruhdan düşməli, özümüzü sındırmalı, yas tutmalıyıq? Azərbaycanlıyıq, haqqımız çatır, torpaqlarımızı istəyirik. Özgə torpağını istəmirik ki”.