1 may – Beynəlxalq Əmək Günü ilə bağlı türkiyəli məşhurlar İnstaqram səhifələrində paylaşım ediblər.
Azmagazin.com Axşam.az -a istinadən xəbər verir ki, onlar arasında ən diqqət çəkəni müğənni İbrahim Tatlısesin paylaşımı olub.
O, illər əvvəl fəhlə işləyərkən çəkilmiş şəklini hesabında yerləşdirərək yazıb:
“Hekayəmin əvvəlində bir işçi idim, sonra iş verən oldum. Amma işləməkdən heç vaxt yorulmadım. Əməyin və alın tərin yerini heç nə tuta bilməz. 1 may – Beynəlxalq Əmək Gününüz mübarək!”