Magazin

“10 il əvvəl dəlixanada yatmışam” – Kərim ağladı

“Həyatım çox çətin olub. Gülürsən ki, kimsə səni ağlayan görməsin. Ortancıl qardaşım 23 yaşında öldü. Avtomobil qəzası idi, kamazın altına girdi. Maşındakı 4 nəfər ölmüşdü. 2006-cı ildə oldu. Atam onda sağ idi. Bir gecəyə saçları ağardı”.

Azmagazin Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov “Ay Zaur” verilişində qonaq olarkən deyib. Sənətçi dünyasını dəyişən qardaşından bəhs edərkən göz yaşlarını saxlaya bilməyib.

“Atam bir il əvvəl rəhmətə getdi. İnfarkt keçirmişdi, ürəyinin yarısı paralanmışdı. Ölümünə yaxın da ürəyini müalicə etdirirdik. Elə bilirdik ürəyindəndir. Amma sən demə, böyrəkləri işləmirmiş. Dərdim çoxdur. Amma niyə bildirim ki? Kimə maraqlıdır mənim dərdim?

Sevgi, nəvaziş görmədim. Allah da məni müğənni etdi və xalqın sevgisini verdi”.

Kərim daha sonra başına gələn hadisədən söz açıb:

“10 il bundan əvvəl elə hala düşdüm ki, dəlixanada yatdım. Ağzımı, əlimi bağlamışdılar, gözüm kor olmuşdu”.