Dünyada Magazin

180 milyonluq evdə qalır

Birləşmiş Ərəb Əmirliyinin baş naziri, şeyx Məhəmməd ben Rəşid Al Maktuminin arvadı, 45 yaşlı Haya bin al Hüsseyin ölkədən qaçması ilə bağlı xəbər dünya mediasının gündəmindən düşmür.

Azmagazin Axşam.az -a istinadən xəbər verir ki, qadının iki övladını və 40 milyon dolları özü ilə götürərək Almaniyaya qaçdığı bildirilib. BBC isə Al Maktuminin 6 arvadından biri olan şahzadənin Almaniyadan sonra Londona getdiyi və orada gizləndiyi haqda məlumat yayıb.

İngiltərədə təhsil alan Haya Kensinqton bölgəsində 85 milyon funt-sterlinq (181 milyon manat) dəyərindəki evdə qalır. Onun BƏƏ-ndən qaçmasının səbəbi kimi şeyxin qızı Lətifənin qaçarkən başına açılan oyunları öyrənməsi göstərilir.  O, özünü sarayda yaxşı hiss etmədiyini, uşaqları üçün çox qorxduğunu yaxınlarına deyib.

Hayanın İngiltərədə gizlənməsi iki ölkə arasındakı diplomatik əlaqələri korlaya bilər. şahzadənin isə haqlarını qorumaq üçün məhkəməyə müraciət etməyə hazırlaşdığı bildirilib. Eyni zamanda İordaniya kralının bacısı olan hayanın addımı bu ölkə kralı üçün də xoşagəlməz hal olub.