Dünyada Magazin

2 ay əvvəl ana olmuşdu – düz qarnı ilə təəccübləndirdi

Təxminən 2 ay əvvəl ana olan 20 yaşlı model Kayli Cenner paylaşımı ilə hər kəsi təəccübləndirib.

Azmagazin.com  Axşam.az -a istinadən xəbər verir ki, model İnstaqram hesabında qarnının şəklini yerləşdirib.

Hamilə vaxtı 18 kiloqram kökəldiyini deyən Kaylinin doğuşdan sonra yenidən əvvəlki bədən quruluşuna qayıtması hər kəsi heyran edib.

Kaylinin şəkli izləyicilərinin “like” atəşinə tutulub.

Qeyd edək ki, Kaylinin Stormi adlı qızı 25 yaşlı sevgilisi, reper Travis Scottdandır. Model hamiləliyinin 9 ayını gizli saxlayıb. Ötən gün isə Cenner hesabında maraqlı paylaşım edib. O, öz doğumundan tutmuş, Travislə tanışlığı, hamiləliyinin ilk ayı, ultrasəs müayinəsi və digər həyatının maraqlı anlarını video rolik şəklində səhifəsində izləyiciləri ilə bölüşüb.