Magazin

20 Yanvar paylaşımı qalmaqal yaratdı

Əməkdar artist Röya Ayxanın İnstaqramda 20 Yanvar faciəsi ilə bağlı etdiyi paylaşım qalmaqala səbəb olub. 

Azmagazin Axşam.az-a istinadən xəbər verir ki, müğənni sosial media hesabında “Mənim üçün bu gün unudulmur çünki canlı yaşadım, atamın qollarını qanlı gördüm. Mənim üçün unudulmazdır, çünki neçə ailə başsız qaldı. Oxuduğum hər sevgi hekayəsində İlhamla Fərizə var idi, qərənfil o gündən çiçəklərin ən gözüyaşlısı oldu” sözlərini yazıb. 

Lakin yazısında hərf səhvinə yol verərək, “Fərizə” sözünü “Fəridə” yazması sosial şəbəkə istifadəçilərini qıcıqlandırıb. Onlar paylaşımın altında Röyanın adı səhv yazmasını qınayan rəylər yazıblar.

Ayxan isə onları cavabsız qoymayaraq İnstaqramın “Story” hissəsində izləyicilərə cavab verib: 

“Rəylərdə hərf səhvinə görə əziyyət çəkmisiniz, amma onu yazarkən həyəcandan bir neçə söz səhv yazılmışdı. Onu qoyaq kənara, çünki səhv tutanların həyat səhvləri əlindən parka uşaqla çıxmaq olmur. Danışsaq daha dərin olar, vedrələr daşır, fındıqlar çoxalır. Bəli, sizə idi sözüm, “ağıllızadə”lər”.