Magazin

269 kiloqram arıqladı, həyatı dəyişdi

Amerikalı Milla Klark adlı qadın illərlə yataq xəstəsi olaraq yaşayıb.

Azmagazin Axşam.az -a istinadən xəbər verir ki, 340 kiloluq qadın adi ehtiyaclarını ödəmək üçün belə yataqdan qalxa bilmirdi.

Onun ailəsi ABŞ-da yayımlanan “My 600-Lb” adlı proqrama müraciət edərək yardım istəyir. Millanın həyatı elə bundan sonra dəyişməyə başlayır. Mədə kiçiltmə əməliyyatı və xüsusi pəhriz sayəsində 3 ildə 269 kilo verərək 69 kiloya qadın artıq yeni görünüşünün dadını çıxarır.