Dünyada Magazin

46 yaşlı aktrisanın gənclik sirri – FOTO

Məşhur aktrisa Hande Ataizi oğlu Leon və sevgilisi Dinç Aydoğdu ilə birlikdə Yalıkavakdakı Miya çimərliyində görüntülənib.

Azmagazin Milli.Az–a istinadən xəbər verir ki, qırmızı bikinisi və qüsursuz bədəni ilə diqqət cəlb edən məşhur paparatsilərin kameralarına tuş gəlib. 46 yaşlı kino ulduzu ideal formada qalmaq üçün 10 ildir idmanla məşğul olduğunu deyib. Ümumiyyətlə aktrisa gənc qalmaq üçün qidalanmasına ciddi diqqət edir:

1) Həftədə 6 saat idman edir.

2) Gəzintiyə çıxır, qaçır, çəki qaldırır, pilates və yoqa ilə məşğul olur.

3) Un, duz və şəkərdən uzaq durur.

4) Mövsüm ərzində meyvə və tərəvəz yeyir.

5) Protein əsaslı məhsullarla qidalanır.

6) Gündə iki dəfə yeməyə üstünlük verir, 20.00-dan sonra heç bir şey yemir.