Dünyada Magazin Moda

5 addımda Kate Moss zərifliyi

Cool geyimləri və özünəməxsus geyim tərziylə diqqət çəkən Kate Moss, moda dünyasının ən baxımlıl qızları sırasındadır

Azmagazin.com Türkiyə mediasına istinadən xəbər verir ki,Dünyaca məşhur top model Kate Moss stili özünəməxsus dəst-xətti və cool paltarlarla ilin trendlərini müəyyən edən ulduz, zidd geyimin moda arenasında ən yaxşı nümayəndələrindən biridir. Lüks və hippi geyim tərzini mükəmməl bir şəkildə qarışdırmağa nail olan Moss, bohemiya tərzi ilə də milyonların örnək aldığı adların başında gəlir. Kate Moss sitilindən yararlanmağın yolları

1-ci Xəzlərə qarderobunuzda yer açın

Kate Moss xəzləri xoşlayır. Qış aylarında hər cür paltarını xəz parçalarla tamamlayan məşhur model kürkün xatırlatdığı feminen və lüks havanı ən yaxşı şəkildə əks etdirir. Qəşəng paltarlarında kürkə tez-tez üstünlük verən Moss, xüsusilə dəvət və açılışlarda kürkün cazibəsindən sonuna qədər istifadə edir.

2-ci Dar şalvarlara şans tanıyın

Dar və bədəni bürüyən şalvarlar Kate Moss-un incə bədəninə çox yaraşır. Xüsusilə dəri şalvarlarıyla zərifliyini nümayiş etdirməyi yaxşı bacaran məşhur model, skinny jan modelləri ilə də gündəlik kombinlerinde cəlbedici görünür. Dar şalvarlarını sadə t-shirtlə tamamlayan model balanslı görünməyin sirlərini bilir.

3-cü Hippi T-shirt

Bohemiya janrın ən yaxşı nümayəndələrindən olan model hippi t-shirtlə ecazkar görünür. Adətən qısa şort və dar ətəklərlə hippi t-shirtləri çox yaxşı bir şəkildə kombinləyən model yaz aylarında festivallarda da tez-tez bu kombinlərlə iştirak edir.

4-cü Uzun çəkmələr

Uzun çəkmələr Moss-un stilini təsvir edən ən yaxşı hissələrdəndir. Dabanlı çəkmələri şəhər həyatında düz çəkmələri isə festivallarda tez-tez istifadə edən məşhur maneken, uzun çəkmə deyiləndə ağla ilk gələn adların başında gəlir.

5-ci Leopar naxışı
Leopar naxışın necə idman stili halına gətirilə biləcəyini bütün dünyaya göstərən model leopar naxışını zəriflik və harmoniya ilə  qarışdırmağı ən yaxşı bilənlərdəndir.