Dünyada Magazin

51 yaşlı super model cazibədar bədən quruluşu ilə görənləri heyran etdi – FOTO

Danimarkalı super model Helena Kristensen açıq-saçıq geyimdə fotoları ilə pərəstişkarlarını heyran edib.

Azmagazin Oxu.az-a istinadən xəbər verir ki,fotosessiyanın kadrları onun “Instagram” hesabında paylaşılıb.

Şəkillərin altından pərəstişkarları Kristensenin 51 yaşı olmasına baxmayaraq, gözəl bədən quruluşunu tərifləyib, “Sən həyatım boyu ən sevdiyim model olubsan”, “Necə belə gənc görünə bilirsən”, “İnanılmaz dərəcədə gözəlsən”, “Dərin mükəmməldir, nə bir qırış, nə də bir qat var”, – kimi şərhlər yazıblar.