
Hollivud aktyoru Nikolas Keyc yeni münasibətə başlayıb.
Azmagazin Axsam.az -a istinadən xəbər verir ki,56 yaşlı aktyor Luziana ştatının Yeni Orlean şəhərində yerləşən qəbristanlıqda özündən yaşca kiçik asiyalı xanımla görüntülənib.
Cütlük birlikdə aktyorun orada aldığı türbəni ziyarət etməyə gediblər.
Keycin əl-ələ tutduğu xanımın hələ ki kimliyi məlum deyil.
Qeyd edək ki, aktyor ötən il Erika Koyke ilə evləndikdən 4 gün sonra ondan boşanmışdı.