Maraqlı

6 uşaq dünyaya gətirdi: 2 oğlan, 4 qız

Təbrizdə bir qadın 6 uşaq dünyaya gətirib.

Azmagazin.com  Qaynar.info-ya istinadən xəbər verir ki, Təbriz Əz Zəhra Tibb Mərkəzində 23 yaşlı qadın 4 qız, 2 oğlan uşağı dünyaya gətirib. Hamiləliyin 27-ci həftəsində doğulan uşaqların çəkiləri 580-960 qram arasındadır.Doğuş prosesi qeysəriyyə əməliyyatı ilə həyata keçirilib. Körpələrin səhhətində problemin olmadığı bildirilir.