Dünyada Magazin

ABŞ-da dərgi yaradan ilk azərbaycanlı

 

 

 

Uzun illərdir ABŞ-da yaşayan əslən azərbaycanlı model Stefano Suaros yenidən ABŞ-da özünün “S&D Magazine” jurnalını təqdim edib. 

Azmagazin.com Oxu.Az -a istinadən xəbər verir ki, Nyu-Yorkun mərkəzi hotellərinin birində baş tutan təqdimatda iştirak edənlər arasında tanınmış biznesmenlər, dizaynerlər və top modellər olub.

“Bu gün çox xoşbəxtəm. Nəhayət ki, uzun zamandır üzərində çalışdığım “S&D Magazine” dərgisini təqdim etdim. Çox yüksək keyfiyyətdə hazırlanan dərgimiz həm qiymət, həm də dizayn baxımından bir çox jurnallardan fərqlənir.

Dərgidə dünyanın bir çox brend markaları, dizaynerləri və məhşur modelləri, eyni zamanda, həmyerlimiz müğənni İlhamə Qasımova da yer alıb. Jurnal Azərbaycan da daxil olmaqla, dünyanın 11 ölkəsində satışa çıxarılıb və qürur duyuram ki ABŞ-da yüksək kefiyyətdə moda dərgisinə sahib olan ilk müsəlman və azərbaycanlı mənəm”, – deyə Stefano Suaros bildirib.