Dünyada Magazin

Acun ad gününü sevgilisi ilə qeyd etdi

“Survivor 2020” çəkilişləri səbəbi ilə Dominikan respublikasında olan TV8 telekanalının sahibi Acun Ilıcalı doğum gününü özündən 30 yaş kiçik sevgilisi və dostları ilə birgə qeyd edib.

Azmagazin Axşam.az -a istinadən xəbər verir ki, indiyədək sevgilisi ilə şəklini paylaşmayan 51 yaşlı aparıcı özünə qoyduğu bu qadağanı pozub. O, sevgilisi ilə yanaşı “Survivor” iştirakçıları, dostları ilə də görüntülərini izləyiciləri üçün bölüşüb.

Karantin səbəbi ilə uzun müddət Türkiyəyə gedə bilməyən aparıcı qızlarının onun üçün hazırladığı tortun da şəklini sosial şəbəkədə nümayiş etdirib. A.Ilıcalı fotolara “Həyatımın ən uzun doğum günü idi. 3 qitədə qeyd etdim. Qeyd edən hər kəsə təşəkkür edirəm” sözlərini yazıb.