Dünyada Magazin

Adnan Oktarın həbsxanadan görüntüsü yayıldı

Türkiyənin İstanbul şəhərindəki həbsxanalardan birində saxlanılan Adnan Oktarın görüntüləri yayılıb. 

Azmagazin Oxu.Az -a istinadən xəbər verir ki, fotolarda beş aydır həbsxanada saxlanılan Oktarın saçlarının ağardığı və arıqladığı görünür. 

Xatırladaq ki, Adnan Oktar 235 müridi ilə birlikdə ötən il iyulun 11-də saxlanılıb.

Onun yaşadığı evdən çoxlu sayda silah-sursat aşkar edilib.
Oktar “cinayət törətmək məqsədilə təşkilat qurma”, “azyaşlıya cinsi təcavüz”, “şantaj”, “var-dövlətini ölkə sərhədlərindən xaricə çıxarma”, “zorakılıq və təhdid” maddələri ilə ittiham edilib.