Magazin Müsahibə Video

Ağadadaş Ağayevin xanımı Türkiyə vətəndaşıdır – VİDEO

Xalq artisti Ağadadaş Ağayev tədbirlərin birində ilk dəfə həyat yoldaşı ilə birlikdə görüntülənib.

Azmagazin Axsam.az-a istinadən xəbər verir ki,“X maqazin” kamerası qarşısına türkiyə vətəndaşı olan xanımı Pərvinlə çıxan sənətçi efirlərdə görünməməsinin səbəbindən danışıb:

“Bakıdayam, başqa yerlərdə deyiləm. Son zamanlar efirlərə az-az çıxıram, verilişləri seçib gedirəm”.

“Ağadadaş Ağayevin ürəyini necə qazandınız” sualına isə ifaçının həyat yoldaşı belə cavab verib:

“Allahın yazdığı qismətdir. Nəsibimiz olduğu üçün bir araya gəldik. Özəl həyatdan danışmaq istəmirəm. Ona görə də birlikdə çox görüntülənməmişik. Allah son nəfəsimizə qədər bir arada olmağımızı qismət etsin”.

Sənətçi Azərbaycan şou-biznesinin vəziyyətindən də danışıb:

“Azərbaycanda şou-biznes yoxdur, yox dərəcəsindədir. Ona görə də, bu mövzunun üstündə dayanmağa dəyməz”.

Qeyd edək ki, A.Ağayev iki dəfə rəsmi nikahda olub.