Dünyada Magazin Gündəm

Ajda Pekkan Azərbaycana belə dəstək oldu – FOTO

Türkiyənin tanınmış müğənnisi Ajda Pekkan Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatlardan danışıb.


Azmagazin Lent.az – istinadən xəbər verir ki,məşhur ifaçı sosial şəbəkədəki səhifəsində Azərbaycanla Türkiyə bayrağını paylaşaraq, bu sözləri qeyd edib:

“Azərbaycanlı qardaş və bacılarıma, gecə yarısı yataqda üzərilərinə bomba atılmasını şiddətlə qınayıram. Torpaqlarını geri almaq üçün canını fəda etməyə hazır olan əsgərlərimizə və ən başda cənab İlham Əliyevə uğurlar arzu edirəm. Türkiyə olaraq daim yanlarında olmalarını bildirmək istəyirik. Buradan azərbaycanlı qardaş və bacılarımıza sevgilərimi çatdırmaq istəyirəm. Allahdan dünyamıza sülhü və barışı arzu edirəm”.