Dünyada Magazin

Aktrisa onları məhkəməyə verdi

Türkiyənin tanınmış aktrisası Uğur Didem İnselel uzun müddətdir çəkildiyi serialdan qonarar ala bilmir.
Azmagazin Lent.az-a istinadən xəbər verir ki,“Dayan Yüreğim” adlı ekran işində rol alan Didem serialı çəkən şirkəti məhkəməyə verərək qonararını tələb edib.

Ötən gün keçirilən məhkəmədə İnselelə 99 min lirə (təxminən 21 min 890 manat) və qonararın gecikdirilməsinə görə isə əlavə 19 min 800 lirə (yəni 4 min 365 manat) ödənilməsinə qərar verilib.