Dünyada Magazin

Albomuna görə depresiyaya düşdü

Dünyaca məşhur müğənni Keti Peri depresiyaya düşüb.

Azmagazin Axşam.az -a  istinadən xəbər verir ki, buna səbəb ifaçının ötən il satışa çıxardığı albomunun satışından razı qalmamasıdır.

Belə ki, 5 il əvvəl həftədə 286 bin albom satışı əldə edən Keti ötən il çıxartdığı “Witness” albomundan cəmi 180 minini sata bilib.

Bu barədə danışan Peri “Ötən il dəyər verdiyim alboma xalq qiymət vermədi. Bu da qəlbimi qırdı” deyib. O, depresiyaya düşdüyünü və həftəsi 4700 dollar olan bir müalicə aldığını, bunun üçün ümumilikdə 22 min dollar xərclədiyini bildirib.