Magazin

“Arvaddan boğaza yığılmışam” – 73 yaşlı Səməd bağ evində – VİDEO

Xalq artisti Səməd Səmədov karantini necə keçirməsindən danışıb.

Azmagazin Lent.az -a istinadən xəbər verir ki,”Səni axtarıram” verilişinə bağ evindən canlı bağlantı ilə qoşulan 73 yaşlı müğənni bu sözləri deyib:

“Nəvələrim Rusiyada, bacım İngiltərədə, yoldaşımın bir bacısı Kanadada, digəri İstanbulda qalıb. Vəziyyət acınacaqlıdır. Mən də xanımla bağda otururam. Əkib-becərirəm, mayın sonu tərəvəzlər bağdan olacaq”.

Daha sonra müğənninin həyat yoldaşı İradə xanım kamera qarşısına keçib:

“Arvaddan boğaza yığılmışam. Gələn il bu vaxt sağ qalsaq, 45 illik yubileyimiz olcaq. Görün, mən yazıq nə çəkirəm”.