Maraqlı

Arvadını aldadıb sevgilisinin yanına getdi: KORONAVİRUSA YOLUXDU

Məzuniyyəti zamanı İtaliyadakı sevgilisinin yanına gedən İngiltərə sakini koronavirusa yoluxub.

Azmagazin Lent.az -a istinadən bildirir ki, həmin vaxt həyat yoldaşı ərinin ölkə xaricinə ezamiyyətə getdiyini düşünüb.

Adı açıqlanmayan 39 yaşlı pasiyent arvadına deyib ki, Böyük Britaniyadan kənara ezamiyyətə yollanır. Ancaq sözün həqiqi mənasında o, Avropa ölkələri arasında koronavirusun ən çox yayıldığı İtaliyada başqa qadınla vaxtını keçirib. Arvadına xəyanət edən kişi qayıdandan sonra həkimlərə İtaliyada olduğunu və virusa yoluxa biləcəyini etiraf edib.

Varlı və yüksək vəzifəli kişi həqiqətən koronavirusa yoluxubmuş. O, həkimlərə öldürücü virusa yoluxma ehtimalı olan sevgilisinin adını açıqlamaqdan imtina edib.