Dünyada Magazin Galeri İdman

Atalığını futbolçu atasından çox sevən Tilan Blondo – FOTOLAR

İlk dəfə 5 yaşında podiuma çıxan və dünyanın ən gözəl model uşağı sayılan Tilan Blondo (Tilan Lena Roz Blondo) Marsel “Olimpik”inin sabiq müdafiəçisi Patrik Blondonun qızıdı. 
Fransa millisinə də düşmüş Patrik və “France 5” telekanalının aparıcısı Veronika Lubrinin 2 övladından biri olan Tilan 2001-ci ildə (5 aprel) doğulub.   Özündən 6 yaş kiçik qardaşı Ayrton dünyaya gələndən sonra valideynləri ayrılsa da, qeyri-adi üz gözəlliyinə malik qızın karyerası yüksələn xətt üzrə inkişaf etdi.
Azmagazin Fanat.az-a istinadən xəbər verir ki,2011-ci ilin avqust ayında “Vogue” jurnalında yaşına yaraşmayan şəkilləri dərc edilən uşaqla bağlı ciddi qalmaqal yaranmışdı. Ancaq bu, onun karyerasına ciddi zərbə vurmadı. Əksinə, nə anası ünvanına səsləndirilən tənqidləri qəbul etdi, nə də uşağı qıcıqlandırıcı makiyajla yaşından böyük obrazlarda təqdim edən jurnalın və reklamçı şirkətin əməkdaşları.
2014-cü ildə yeniyetmə model IMG Models komandasına daxil oldu. Bu başqa məsələ ki, yalnız 15 yaşı tamam olandan sonra fəaliyyətə başladı.
Elə həmin il “Bell və Sebastyan: macəralar davam edir” filmində Qabriel rolunu oynayan Tilan aktrisalıq məharətinin də az olmadığını isbatladı.
Hazırda bir neçə məşhur firma ilə reklam müqavilələri olan gənc Tilan planetin ən yaraşıqlı qızlarından biri sayılır. Nadir hallarda gülümsəyir (model özü az gülümsəməsinin səbəbini ona yaraşmaması ilə izah edir) və karyerasını davam etdirir. Futbolçu atasıyla soyuq münasibətdə olduğu söylənilən Tilan anası və onun sonrakı həyat yoldaşı ilə olan şəkillərini “Instagram”da tez-tez paylaşır.