Maraqlı

Avropanın beş ən yaxşı turistik məkanının adları açıqlanıb

“Lonely Planet” nəşri Avropanın ən yaxşı beş turistik məkanının adlarını açıqlayıb.

Azmagazin AZƏRTAC-a istinadən bildirir ki, siyahıda birinci yeri Slovakiyada yerləşən Tatra dağları, ikinci yeri isə İspaniyanın paytaxtı Madrid şəhəri tutur. Üçüncü pillədə İslandiyada bu yaxınlarda açılmış Arktik sahil yolu, dördüncü yerdə Şotlandiyada yerləşən Şetland adaları, beşinci yerdə isə Cənubi İtaliyanın Apuliya bölgəsinin paytaxtı Bari şəhəri qərarlaşıb.