Dünyada Magazin Magazin Video

“Avroviziya-2020” əvəzinə “EuroJury 2020” keçiriləcək – FOTO/VİDEO

Dünyanı cənginə alan qorxunc koronavirus pandemiyası səbəbi ilə təxirə salınan sayca 65-ci “Avroviziya-2020” beynəlxalq mahnı müsabiqəsinin təşkilatçıları maraqlı bir addım atıblar.

Azmagazin Oxu.Az -a istinadən xəbər verir ki, Eurovoix saytı baş tutmayan mahnı müsabiqəsinin qalibini müəyyənləşdirmək üçün “EuroJury 2020” adlı müsabiqə təşkil edir.

Peşəkar musiqiçilərdən ibarət münsiflər heyəti və internet istifadəçilərinin səsləri ilə formalaşacaq səsvermədə Azərbaycanın münsiflər heyəti səslərini açıqlayıb. Azərbaycanın münsif səslərini 2011-ci il müsabiqəsinin qalibi Eldar Qasımov, Avroviziya 2016-da möcüzələr yaratmış Səmra Rahimli və paytaxt Bakıda keçirilmiş müsabiqənin aparıcılarından biri Nərgiz Birk-Petersen müəyyənləşdirib.

27, 29 Aprel və 1 May tarixində hər biri 75 dəqiqə davam edəcək üç şou ilə “EuroJury 2020” builki müsabiqənin qalibini müəyyənləşdirəcək.

🇦🇿: Azərbaycanın “EuroJury 2020” SəsləriEurovoix saytı baş tutmayan 2020 Avroviziya mahnı müsabiqəsinin qalibini…

Posted by INFE Azerbaijan on Thursday, April 16, 2020

Qeyd edək ki, gələn il keçiriləcək “Avroviziya-2021”-də ölkəmizi gənc və istedadlı müğənni Samirə Əfəndi təmsil edəcək.