Magazin

Aysel “Eurovision” səhnəsinə bu görünüşdə çıxacaq – fotolar

“Eurovision 2018” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək Aysel Məmmədova ilk məşqini edib.

Azmagazin.com Axşam.az-a istinadən məlumatına görə, Portuqaliyanın paytaxtında keçirilən yarışmada Aysel “I cross my heart” mahnısını səsləndirəcək. Müğənni səhnə çıxışından ilk görüntüləri sosial şəbəkədə paylaşıb. O, yarışma günü ağ libasla səhnəyə çıxacaq.

Qeyd edək ki, mahnının müəllifləri bəstəkar və prodüser Dimitros Kontopulos və isveç bəstəkar Sandra Byurmandır. Mahnıya səhnə quruluşunu məşhur yunan rejissor Fokas Yevanqelinos verib. İfaçımızı səhnədə 4 bekvokalçı- Rui Andreyd, Salome Caldeira, Hugo Baptista və Sandra Dadrid müşayiət edib.