Gündəm

Azərbaycan – Ermənistan sərhədində döyüşlər davam edir

Azərbaycan – Ermənistan sərhədinin Tovuz istiqamətində döyüşlər davam edir. 

Azmagazin xəbər verir ki,Oxu.Az-ın Tovuza ezam olunmuş müxbirinin verdiyi məlumata görə, ötən gün gecədən etibarən artilleriya atəşlərinin səsləri eşidilib. 

Bölmələrimiz Ermənistanın təxribatına adekvat cavab veriblər. 

Qeyd edək ki, iyulun 12-dən etibarən Ermənistan Azərbaycanla sərhəddə təxribatlara ara vermir. Ən son rəsmi məlumatlara görə, təxribat zamanı Azərbaycan Ordusunun dörd əsgəri şəhid olub.