Magazin

Azərbaycanlı modeli 10 balla qiymətləndirdilər

Los-Ancelesdə yaşayan azərbaycanlı model “YouTube”dakı kanalına video-sorğu yerləşdirib.

Azmagazin Oxu.Az -a istinadən xəbər verir ki, Ruslana Cavadova eksperiment aparmağa qərar verib.

Eksperimentin gedişində tanımadığı insanlar onun üç obrazını 10 ballıq şkala ilə qiymətləndirib.

“Sorğunu keçirməkdə məqsəd, insanlarının gözündə yaraşıqlı görünmək baxımından geyimin necə təsir etdiyini yoxlamaqdır. Etiraf edim ki, özümü heç də hər zaman gözəl hesab etmirəm”, – deyə R.Cavadova yazdığı postda bildirib.

Küçədə sorğunu həyata keçirən Ruslana üç ayrı görkəmdə – ev paltarında, seksual geyimdə və şənlik geyimində peyda olub. Respondentlərin çoxu onun seksual obrazını bəyənib və 10 bal qiyməti verib.