Magazin

Azərbaycanlı müğənni koronavirusa yoluxdu

Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Bahh Tee (Bəxtiyar Əliyev) koronavirus infeksiyasına yoluxub.

Azmagazin Axşam.az xəbər verir ki, bu haqda ifaçı İnstaqram səhifəsində paylaşım edib. O, dostlarına xəbərdarlıq edərək, müayinədən keçmələrini tapşırıb:

“Mənə də koronavirus diaqnozu qoyuldu. İnfeksiya mənə də çatdı. Bu haqda açıq-aşkar deməzdim, hadisələri hamıya danışmağı sevmirəm. Amma son günlər çox insanla ünsiyyətdə olmuşam. Çalışıram hamıya məlumat verim. Dünən isə marketdə olmuşam. Fanatlarım yaxınlaşıb, foto çəkdirdi. Ona görə də buradan hamını xəbərdar etmək istəyirəm”.

Sənətçi əlavə edib ki, müalicə almağa başlayıb.