Dünyada Magazin Galeri Müsahibə

Bədənimdən əşya kimi istifadə etdilər

Dünyanın ən gözəl qadınları siyahısında ilk sırada göstərilən aktrisa Monika Belluçi “Hürriyyet” qəzetinə müsahibə verib.

Azmagazin.com Oxu.Az -a istinadən xəbər verir ki, Belluçi müsahibə zamanı maraqlı açıqlamaları ilə yadda qalıb.

O bildirib ki, sevilməklə bərabər, nifrətlə də qarşılanır:

“Mənə nifrət edirlər. Mənsə bu nifrətdən enerji alıram. Çünki nifrət edənlərin məni idarə etməsinə icazə vermirəm”.

Monika daha sonra bədəninin rejissorlar tərəfindən istifadə edildiyini deyib:

“Gözəlliyim rejissorlar tərəfindən pislikləri ifa etmək üçün istifadə olundu. Məsələn, “Malena” və “Geri dönülməz” filmindəki rollarım kimi…

Rejissorlar bədənimdən əşya kimi istifadə etdilər. O layihələrdə insan kimi yox, alət kimi yer almışam”.