Magazin

Bacı-qardaş başqa şey edirsiniz?

Kənan M.M. ailəlidir, onunla gözəl münasibətim var. Biz Kənanla dostuq. Lakin bunu elə şişirtdilər ki, bir araya gələ bilmirik. Kənan Əskişəhərdə yaşayır, mənsə İstanbulda. Kənan işləyir, mənsə təhsil alıram.

Azmagazin Oxu.Az -a istinadən xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva “Xəzər” TV-də yayımlanan “Hər şey daxil” proqramında bildirib.

Aktrisa onun Kənana görə Türkiyəyə getməsi iddialarına da münasibət bildirib:

“Niyə belə aqressivsiniz? Kənan mənə çox dəstək olub. Onun evinə girirəm, uşaqları, həyat yoldaşı ilə otururam. Sizin yazdıqlarınızı Aygün (Kənan M.M.-in müğənni həyat yoldaşı Aygün Mahmudova – red.) görür. Aygün mənə zəng edib deyir ki, yazılanları vecinə alma”.

P.Abıyeva tez-tez Kənan və özü haqqında lağa qoyulan “bacı-qardaş” ifadəsinə toxunaraq canlı efirdə əsəbiləşib:

“Siz öz evinizdə bacı-qardaş olaraq başqa şey edirsiniz? Niyə bu ifadəni belə qınadınız? Şou-biznesdə yeni söz yayılıb, bu aləmdə olan mənə qardaş deməsin. Sabah bacın çıxıb məşhur olar. Onda hamı ona deyəcək, mənə qardaş demə?”

P.Abıyeva verilişdə sevdiyi şəxsdən də söz açıb.

“Öz kişilərimizdən başqa kişi ilə münasibət qura bilmirəm. Kimi deyir, türkə, kimi deyir, ərəbə ərə gedəcəyəm. Məndə bu istək yoxdur. Həyatımda olan indiki şəxs də azərbaycanlıdır. Həyatımda yaşamadığım bir münasibət yaşayıram. Aramızda inam var. Bir-birimizə o qədər böyük güvən var ki, bu bizi xoşbəxt edir”, – deyə etiraf edib.