Dünyada Magazin

Bacısını qucaqladı, yıxdı

Dünyanın ən məşhur müğənnilərindən biri, amerikalı Beyonse Nouls səhnədə naqolay vəziyyətə düşüb.

Azmagazin.com Milli.Az -a istinadən bildirir ki, ABŞ-ın Kaliforniya ştatındakı İndio şəhərində bu gün başa çatacaq “Coachella” musiqi və sənət festivalında bacısı Solanjla səhnəyəç çıxan 36 yaşlı Beyonse şən görünürdü.

O, 31 yaşlı bacısını qucaqlamaq istəyib. Solanj müvazinətini saxlaya bilməyib və bacılar yıxılıblar.

Pərt olmuş Beyonse ayaqlarını yelləyərək guya bilərəkdən yıxıldığını göstərməyə çalışıb.

Daha sonra bacılar ayağa qalxaraq mahnının ifasını davam etdiriblər.

Beyonse bir zamanlar solisti olduğu “Destiny’s Child” qrupunun sabiq mənsubları Kelli Rouland və Mişel Uilyamsla da mahnılar oxuyub.