Digər Gündəm

Biz bunu bacarmaya da bilərik

COVID-19 virusunun səbəb olduğu xəstəliyə qarşı peyvəndin sənaye istehsalına ən optimist ssenariyə əsasən 1 ia 2 il ərzində başlamaq mümkündür.

Azmagazin Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə CNN televiziya kanalına ABŞ-ın Microsoft korporasiyasının qurucularından biri Bill Qeyts bildirib.

B.Qeyts və həyat yoldaşı yeddi fərqli laboratoriyada vaksinlərin hazırlanması da daxil olmaqla, koronavirusun yayılmasına qarşı mübarizə üçün 250 milyon dollar ayırıb. Cütlük Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) koronavirus xəstəliyinin diaqnozu və müalicəsi üçün texnologiyaların inkişafını sürətləndirməyə yönəlmiş beynəlxalq təşəbbüsündə iştirak edirlər.

“Vaxt çərçivəsini daraltmaq çox çətindir. İdeal vəziyyətdə vaksinin buraxılışında sənaye miqyasa bir ildə çatmış olardıq. Biz bunu bacarmaya da bilərik, ən az iki il çəkə bilər”, – milyarder dünya ölkələrinin vaksin hazırlamağı və istehsalı üçün birgə və ya ayrı-ayrı cəhdlərində tez bir zamanda irəliləmənin mümkün olub-olmadığı sualına cavab verərək deyib.

O xatırladıb ki, gələcək dərmanı sınamaq və sertifikatlaşdırmaq üçün üç fazalı prosedurdan keşmək mütləqdir .

Daha əvvəl ÜST tərəfindən izah edildiyi kimi, yeni təşəbbüs “koronavirusun qarşısının alınması, diaqnozu və müalicəsi üçün təhlükəsiz və effektiv texnologiyaların inkişafı, istehsalı və istifadəsini sürətləndirmək məqsədi ilə qlobal tərəfdaşlıq və əməkdaşlıqdır”. Bu texnologiyalar “dünyada ehtiyac duyanların hamısına” təqdim edilməlidir.