Maraqlı

Bu kənddə 10 ildir oğlan doğulmur – SƏBƏBİ BİLİNMİR

2010-cu ildən bəri yalnız qızların doğulduğu Polşanın Meiscye-Odjanske kəndində on ildə ilk dəfə bir oğlan uşağı dünyaya gəlib.

Azmagazin Milli.Az-a istinadən xəbər verir ki, 2019-cu ilin avqust ayında kəndin bələdiyyə başçısı Rajmund Frişkonun oğlan uşağının doğulması üçün mükafat vəd etdiyi zaman bütün dünyada məşhurlaşmışdı. Bu hadisədən 10 ay sonra 2020-ci il mayın 2-də kənddə oğlan usagı doğulub. Körpənin valideynləri Meiscye-Odjanskedə yaşayan Anna və Qjeqoj  Milekdir. Cütlük körpə Bartek adını verib.

Frişko “New York Times”a verdiyi müsahibəsində uşağın valideynlərinə vəd etdiyi hədiyyənin nə olduğunu açıqlamayıb. Ancaq çoxdan gözlənilən körpənin şərəfinə küçələrin birinə onun adının verilməsi barədə düşündüyünü söyləyib.