Dünyada Magazin

Budəfəki obrazı çox bəyənildi

Məşhur model Hayli Klum “America’s Got Talent” televiziya şousunun təşkil etdiyi tədbirə qatılıb.

Azmagazin.com Axşam.az -a istinadən xəbər verir ki, 44 yaşlı model geyimi ilə qırmızı xalının ən seçilən qonağı olub.

O, “Rasario”dan geyindiyi qırmızı şortik və pencək ilə göz oxşamağı bacarıb. Hayli obrazını qırmızı dodaq boyası, qırmızı yay ayaqqabısı və iri, yumru sırğaları ilə tamamlayıb.

Saçı sadə, düz formada olan Klum işgüzar xanımları xatırladıb.