Dünyada Magazin

Burakla Fahriye oğullarının bir yaşını belə keçirəcək

Fahriye Evcen ilə Burak Özçivit oğulları Karan üçün ilk doğum günü partisini onlayn qeyd edəcəklər.

Azmagazin Axşam.az-a istinadən xəbər verir ki, aprelin 13-də olacaq doğum gününə məşhur cütlük 2 ay öncə hazırlaşsa da, karantin hər şeyi dəyişib. 15 nəfərlik qonaqlığı indi cütlük 3 nəfərlik masa arxasında keçirəcək.

Məlumata görə, Karan üçün tortu Evcen özü bişirəcək. Onlar eyni zamanda onlayn parti də təşkil edəcək. Belə ki, Fahriyenin Almaniyada, Burakın isə İstanbulda yaşayan valideynləri və yaxın qohumları canlı yayımla ad günü partisində iştirak edəcəklər.