Dünyada Magazin

“Bütün şərhlərinizi oxuyuram” -Emin təşəkkür etdi

Müğənni-bəstəkar Emin Ağalarovun İnstaqram izləyicilərinin sayı 1 milyon olub.

Azmagzin.com Axşam.az – a istinadən xəbər verir ki, ifaçı bu münasibətlə səhifəsində təşəkkür videosu yayımlayıb. Emin “Youtube” kanalının abunəçilərinin sayının 100 mini keçdiyini də qeyd edib:

“Bütün izləyicilərimə təşəkkürümü bildirirəm. Əvvəla, bir milyon olmağımıza görə minnətdaram. Bu, fantastikadır. Bütün şərhlərinizi oxuyuram və imkan daxilində cavab yazmağa çalışıram. Mənim rəsmi “Youtube” kanalımda abunəçilərin sayı 100 mini keçib. Həmişə siz mənimlə, mən də sizinləyəm. Bu da böyük xoşbəxtlikdir”.