Maraqlı

Cadugərlərin keçmiş həbsxanası satışa çıxarılıb

Böyük Britaniyada vaxtilə cadugərlikdə ittiham edilən insanların həbsxanası olmuş, hazırda isə səliqəli evə çevrilmiş kiçik bina satışa çıxarılıb.

“Live Science” bildirir ki, evin sahibi Vanessa Mitçell onu artıq üçüncü dəfədir ki satmağa çalışır. O, “qan damcıları”nı və kabusları gördükdən sonra buradan köçüb.

Orta əsrlərdə “Qəfəs” kimi tanınan binanın hazırkı potensial alıcılarına onun keçmişi, həmçinin evin tez-tez televiziya kameralarının diqqətində olması barədə məlumat verilir.

Qeyd edilir ki, 1582-ci ildə keçirilmiş məhkəmə prosesi zamanı 14 qadın cadugərlikdə ittiham edilib. Onlardan 3-ü edam olunub. İttiham edilənlərdən biri, dar ağacından asılmaya məhkum edilmiş Ursula Kempin adı binanın divarında asılan xatirə lövhəsində əbədiləşdirilib.