Magazin

“Çalışmasam, ailəmi necə dolandıraram?”

Aparıcı Elgiz Əkbər verilişində yaşanan qalmaqallardan danışıb.

Azmagazin xəbər verir ki,Axşam.az-a açıqlama verən aparıcı onu süni qalmaqal yaratmaqda qınayanlara sərt cavab verib. O bildirib ki, əvvəl belə addım atsa da, indi etmir:

“10 il bundan əvvəl müğənniyə qalmaqal təklif edə bilərdim. Amma indi hansısa ifaçı mənə deyə bilər ki, gəl, süni qalmaqal edək? Reytinq xatirinə süni qalmaqal yaratmağa razı olmaram.

Verilişimə tanınmış simaları qonaq çağırıram. Mənim o yaşım deyil ki, belə addım atım. Nə yaşanırsa təbidir. Heç tamaşaçı da artıq qalmaqal sevmir. Onlarda nifrət hiss yaradır. Qalmaqal olan videolar sosial şəbəkədə yayılanda şərhləri oxuyuram. Çox pis tənqidlər yazırlar. Bütün pis hadisələrdə televiziyalar günahlandırılır”.

Elgiz bildirib ki, xalq artisti Murad Dadaşovdan “Maşın” şouya təklif alıb:
“Şou nə qədər insanı ekran qarşısına yığır. Burada iştirak etməyi çox istəyərdim. Hər dəfə də təklif almışam. Amma işimlə əlaqədar gedə bilmirəm. Təqaüdə çıxanda şouya mən də qatılaram”.

Elgiz Əkbər ailəsi haqda da danışıb:
“Hər şeyi gözəl planlaşdırmışam. Madiyyat ailənin möhkəmliyi üçün çox önəmlidir. Buna görə də işin iş, ailənin isə ailə yeri var. Çalışmasam, qazanmasan necə olar? Bu səbəbdən də işləmək və boş vaxtını ailə ilə keçirmək lazımdır”.