Dünyada Magazin Galeri

Castin Biber məşhur modellə evləndi

Nişanlısı Castin Biberlə gizli evləndikləri deyilən məşhur model Heyli Bolduin bu iddiaları sosial media hesabından yalanlamışdı.

Azmagazin Oxu.Az -a istinadən xəbər verir ki, modelin əmisi, tanınmış aktyor Alek Bolduin onların evləndiklərini təsdiqləyib.

“Getdilər və evləndilər, detallarını bilmirəm”, – deyə Bolduin bildirib.

İllərdir flört etdiyi Selena Qomezlə evlilik hazırlığında olduğu iddiaları yayılsa da, Castin qəfil ayrılıq yaşayaraq, köhnə sevgilisi Heyli Bolduinlə iyul ayında nişanlanmışdı.

Qeyd edək ki, cütlük Nyu-York bələdiyyə binasında görüntülənsə də, evləndiklərini təkzib etmişilər.