Dünyada Magazin Maraqlı

Ceki Çanın etirafları hər kəsi şoka saldı: Körpə uşağını…

Məşhur çinli aktyor, 64 yaşlı Ceki Çanın adı cəmi bir neçə dəfə qalmaqallarda hallanıb.

Bu səbəbdən aktyor hamıda özünə rəğbət hissi yaradıb. Ancaq Cekinin şəxsi həyatı ilə bağlı bəzi etirafları onun səhvsiz insan olması barədə təəssüratları alt-üst edib.

Azmagazin Oxu.Az -a istinadən xəbər verir ki,Bu barədə “Star News” xəbər yayıb.

Məsələn, C.Çan hamilə arvadını bir neçə gün pulsuz və ərzaqsız qoyub, ona istehza edib.

Başqa bir vaxt evdə mübahisənin gedişində körpə oğlunu arvadının üstünə atıb. Otaqboyu “uçan” uşaq ölüm təhlükəsi ilə üzləşib.

Ceki tez-tez içkili vəziyyətdə maşın sürdüyünü, dostlarını davaya cəlb etdiyini deyib.

Bütün dünyada tanınmasına və varidatına baxmayaraq, heç bir sənəddə onun imzasına rast gəlmək olmaz. Məsələ onun dələduz olması ilə bağlı deyil. İş burasındadır ki, Ceki Çan yazmağı bacarmır.