Dünyada Magazin İdman

“Çelsi”də seks qalmaqalı: Jorjinyu bu qızı sevgilisindən ayırıb

“Çelsi”nin braziliyalı yarımmüdafiəçisi Jorjinyu seks-qalmaqalın mərkəzində qalıb.
Azmagazin Fanat.Az -a istinadən xəbər verir ki, “Arsenal”ın fanatı Aaron Hyuz “Çelsi”də çalışan qızla – sabiq rəqqasə Eliza Skalkonla görüşürmüş. 
“Arsenal”ın azarkeşi  Elizaya evlilik təklif etmək üçün onunla Şri-Lankaya uçmağa hazırlaşırmış. Lakin Aaron səfərdən bir neçə saat öncə qızın telefonundakı intim yazışmaları görüb. Jorjinyu klubda tərcüməçisi olmuş qızla yumşaq desək, alovlu dialoq aparıb və onu otelə gəlməyə səsləyib. Qız sevgilisini vəziyyəti düzgün başa düşmədiyinə inandırmağa çalışsa da, istəyinə nail olmayıb. Yazışmaları sona qədər oxuyan Hyuz işin nə yerdə olduğunu anlayıb və Elizayla münasibətlərə son qoyub.
Qeyd edək ki, aprelin əvvəlində “Səs” şousunun ulduzu Ketrin Hardinqin Jorjinyudan uşaq gözlədiyi üzə çıxıb. 
Ötən yay həyat yoldaşından ayrılan braziliyalının 2 övladı var.