Dünyada Magazin Galeri

Cennifer Lopezdən qeyri-adi – Fotosessiya

Dünya şöhrətli ifaçı Cennifer Lopez “Harpers Bazaar” jurnalının aprel buraxılışı üçün kameralar qarşısına keçib.

Azmagazin.com  Axşam.az-a istinadən məlumatına görə,, qeyri-adi fotosessiyaya imza atan müğənni maraqlı açıqlamalar da verib.

O bildirib ki, sevgilisi Aleks Rodrigezlə yaşa dolmaq istəyindədir:

“Evliliyə inanıram. İstəyirəm, qocalanda yanımda məni sevən biri olsun. Alekslə çox xoşbəxtəm. O, mənim əkizlərim, mən də onun qızları ilə yaxşı yola gedirik. Amma hələ ailə qurmağı planlaşdırmıram.

Bir-birimizi çoxlarının anlamadığı şəkildə başa düşürük. İkimiz də bu sektora 20 yaşında girmişik, ikimiz də uğurlu sima olmuşuq. Ona görə də həyatımızdakı bu dinamika ailəmizə, işimizə və sevgi münasibətimizə təsir göstərir”