Dünyada Magazin

Culiya Roberts boşanır

Hollivud ulduzu Culiya Roberts həyat yoldaşı Denni Moderndən boşanır.

Azmagazin Axşam.az -a istinadən xəbər verir ki, bu barədə cütlüyə yaxın mənbələrdən biri “New İdea” nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, artıq Denni ilə yaşamaq istəməyən aktrisa birlikdə qaldıqları malikanəni satacaq və övladları ilə Kaliforniya ştatının San-Fransisko şəhərində yerləşən evinə köçəcək.

Qeyd edək ki, cütlük 2002-ci ildə ailə qurub. Culiya daha əvvəl də Denninin qısanclığına görə ondan ayrılmaq istəyirdi.