Magazin

Damlanı efirdə lağa qoydu – Video

Tanınmış aparıcı Aytən Səfərova yeni şousu “Xüsusi layihə”də Damlanı sərt tənqid edib.

Azmagazin.com Oxu.Az -a istinadən xəbər verir ki, o, ifaçını lağa qoyaraq, ağlayaraq oxumasını qınayıb:

“Damla mənə heç nə etməyib, edə də bilməz. Videoları varsa, gündəmdən geri qalmırıq. Onun oxumağı mənlik deyil”.

Bu zaman studiyada qonaq olan Əlikram Bayramov aparıcıya xəbərdarlıq edərək “Çox dərinə getdin” deyib. Səfərova isə ona belə cavab verib:

“Ondan da dərinə gedə bilərəm. Nə vaxt baxırsan, ağlayır. Ağlamaqdan başqa gülmək də lazımdır. Bir şey olur, ağlayır. Çayını vermirlər, ağlayır, güldürürlər, yenə ağlayır. Onunla şəxsi qərəzim yoxdur. Hər şeyin öz qədəri var”.