Magazin

“Dodağı boyalı” Musa…

“Maqazin Klubu” olaraq – mən Zərha Əhmədova, Pərviz Hüseyn və Sərvər Mehtiyev yenidən bir araya yığışdıq. Mövzumuz isə son günlər şou-biznesin gündəmindən düşməyən qalmaqallar, toylar və barışıqlar oldu. Fikirlərimizi qərəzdən uzaq olaraq bildirməyə çalışdıq. 

Mövzumuza bundan əvvəlki buraxılışımızda müzakirə etdiyimiz müğənni Rəqsanə İsmayılova və əkizləri haqqındakı söhbətlə başlayırıq. Sənətçinin uşaqlarından birinin dünyasını dəyişdiyini demişdik. Rəqsanə isə əkizlərə hamilə olması ilə bağlı həkim kağızları göndərib. 

Müzakirəmizin davamında xalq artisti Nazpəri Dostəliyeva və əməkdar artist Elza Seyidcahan qalmaqalından bəs edib, gizli məqamlara toxunduq. 

“Maqazin klubu” müzakirə zamanı əməkdar artist Könül Kərimovanın plastik əməmliyyat etdirməsi iddiasına cavabına, Təranə Qumral və Musa Musayev cütlüyünün İnstaqram sevgisinə toxunub. Söhbətimizin əsas hissəsi isə müğənni Zamiq Hüseynovla bağlı yayılan iddia olub. 

Bu və digər mövzularımızı videodan izləyə bilərsiniz.

Bu dəfəlik “Maqazin Klubu”nu yekunlaşdırırıq. Həmişəki kimi, fikirlərimizdə qərəzdən uzaq olmağa çalışmışıq. Sonda ənənəmizə sadiq qalaraq növbəti dəfə üçün mövzumuzu həyəcanla seçirik. Yenə də oxucularımızın bilmədiyi bir neçə nüansı onlara çatdırmışıq. Onu da əlavə edim ki, fikirlərimiz çalışdığımız redaksiyaların fikirləri ilə üst-üstə düşməyə bilər…

Video: Elnur Uğur

Montaj: Asim Cəlilov

Söhbət etdi: P.Hüseyn, Z.Əhmədova (Axşam.az), S.Mehtiyev (primetime.az)