Dünyada Magazin

Dostlarının yanında “başıaşağı” qalıb

Məşhur amerikalı aktrisa Elizabet Hörlinin oğlu Damian 52 yaşlı anasının hərəkətlərinə görə utanır.

Azmagazin.com Milli.Az -a istinadən bildirir ki, bu barədə məlumatı The Sun-a onun dostları deyib. Belə ki, Damianın dostlarının dediyinə görə, o, anasının çılpaq şəkillərinə görə dostları tərəfindən ələ salındığına görə narahatdır. Hətta Damian anası çılpaq şəkillər çəkdirməsin deyə ona yalvarır.

Qeyd edək ki, aktrisa bir müddət əvvəl müsahibəsində söyləyib:

“Gənc qız deyiləm, amma özümü gənc hiss edirəm. Oğlum da mənə bu hisslərimdə dəstək olur. Fotolarımı oğlum çəkir və gözəl olduğumu deyir”